Danimarka ölkə tarixinin ən böyük hərbi təlimlərinə start verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Danimarka Arktikada hərbi güc nümayiş etdirir! Baku TV-nin təqdim etdiyi xüsusi reportajda bildirilir ki, Krallıq tarixinin ən böyük hərbi təlimlərindən biri olan **"Arctic Light 2025"**ə start verilib. Qrenlandiya sahillərində və quruda keçirilən bu genişmiqyaslı təlimlərdə Danimarka ilə yanaşı, Fransa, Almaniya, İsveç və Norveçdən olan 550-dən çox hərbçi iştirak edir. Təlimlərin əsas hədəfi Arktika regionunda artan Rusiya və Çin hərbi-iqtisadi maraqları fonunda NATO-nun şimal cinahını gücləndirmək və ekstremal iqlim şəraitində birgə fəaliyyət qabiliyyətini artırmaqdır. Süjetdə təlimlərə cəlb olunan "Niels Juel" freqatı, F-16 qırıcıları, EH-101 helikopterləri və pilotsuz uçuş aparatlarının (PUA) döyüş tətbiqi görüntüləri yer alıb. Maraqlı məqam isə budur ki, bu ilki təlimlərə ABŞ hərbçiləri iştirakçı qismində dəvət olunmayıb, bu da Vaşinqton və Kopenhagen arasında müəyyən diplomatik gərginlik kimi qiymətləndirilir. Danimarkanın "buzlu cəbhə"dəki yeni strategiyası Baku TV-də.
#Danimarka teqi istifadə olunub
- Ev tapşırığı yoxdur, təhsil pulsuzdur | Çoxlarının arzusunda olan bu ölkədə həyat necədir?
- Kiyevə 15 min uzaqmənzilli artilleriya sursatı veriləcək
- Danimarkada tez-tez baş verən qatar qəzalarının səbəbi nədir?
- Danimarkanın Baş nazirindən adanın gələcəyi ilə bağlı açıqlama
- "İşıqlı qaçış" festivalına yüzlərlə sakin qatıldı
