Pleyeri seçin:

Dələduzlar Rusiya-Ukrayna müharibəsindən görün necə istifadə edir

21 noyabr 2024 178 baxış

Rusiyanın məşhur aktyoru Nikolay Trifilov fırıldaqçıların qurbanı olub. Bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

Dələduzlar N.Trifilovu üç dəfə aldatmağa cəhd ediblər. İlk dəfə özlərini “Rusiya poçtu”nun işçisi kimi təqdim ediblər və guya qeydə alınmış məktub barədə məlumat veriblər. Onlar aktyordan “şəxsiyyətin təsdiqi” olaraq SMS-lə kod göndərməsini istəyiblər.

Daha sonra fırıldaqçılar aktyorun dövlət xidmətindəki hesabını sındırmağa müvəffəq olublar. Sənətçi duyuq düşüb və parolunu dəyişib. Ertəsi gün telefona aktyorun həyat yoldaşı cavab verib və cinayətkarların hiylələrinə uymayıb.

Üç gün sonra onlar yenidən zəng edərək özlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edib N.Trifilovun Ukrayna ilə əlaqədə şübhəli bilindiyini deyiblər.

Fırıldaqçılar bildiriblər ki, kimsə sənətçinin bank hesabını sındırıb və Ukrayna Ordusuna pul köçürmək istəyir. Bu dəfə aktyor onlara inanıb. Dələduzlar ona pulu “təhlükəsiz hesaba” köçürməyi təklif ediblər.

Nəşrin məlumatına görə, müxtəlif bankların bir neçə əməkdaşı N.Trifilovu pul çıxarmamağa və ya şübhəli hesaba köçürməməyə inandırmağa çalışıb. Yalnız üçüncü məqamda aktyora 5 milyon 770 min rubl məbləğində nağd pul verilib. Sənətçi aldadıldığını öyrəndikdən sonra polisə ifadə yazıb.

Onu da deyək ki, Rusiyada insanların “Ukrayna kartı” ilə qorxudularaq aldadılması hadisəsi çox yayğındır.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 178 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 178 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 178 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 178 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 178 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 178 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 178 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 178 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 178 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 178 baxış
Seçilmişlər
icon