Dilsiz qəhrəmanlar həyat qurtarır
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəni sarsıdan zəlzələlərdən sonra axtarış-xilasetmə işləri böyük ümidlərlə davam edir.
Görüntülərdə izlədiyiniz bu dilsiz qəhrəman bir gecədə 10 insanın həyatını xilas edib. Xilasetmə işlərində termal kameralar, səs dinləmə cihazları və müxtəlif texnologiyalardan istifadə edilsə də, mütəxəssislərin fikrincə, ən etibarlı və dəqiq məlumatlar təlim keçmiş axtarış-xilasetmə itləri tərəfindən verilir.
Malatyada davam edən xilasetmə işlərində Köpük adlı itin reaksiya verməsi ilə 6 mərtəbəli binanın altından Meral Nakır adlı qadın 77 saat sonra xilas edildi.
Görüntülərdəki 4 yaşlı it ümumilikdə 6 nəfərin həyatını xilas edərək onların canlı şəkildə dağıntıların altından çıxarılmasına səbəb olub. Türkiyə informasiya mənbələrində yazılanlara görə, 100-dən çox it xilasetmə işlərinə cəlb olunub.
Qeyd edək ki, Türkiyədə axtarış və xilasetmə işlərinə Meksika, Xorvatiya, Çexiya, Almaniya, Yunanıstan, Liviya, Polşa, İsveçrə, İngiltərə və ABŞ həmçinin ölkəmizdən də xilasedici itlər göndərilib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
