Donald Tramp Qətəri qoruyacağına söz verib
ABŞ Prezidenti Donald Tramp Qətərin təhlükəsizliyini rəsmən ABŞ-ın milli təhlükəsizlik maraqları ilə eyniləşdirən tarixi icra sərəncamı imzalayıb. 2025-ci ilin sentyabrında imzalanan sərəncamda qeyd olunur ki, Qətərin ərazi bütövlüyünə və suverenliyinə qarşı istənilən hücum ABŞ-a edilmiş hücum kimi qiymətləndiriləcək. Baku TV-nin təqdim etdiyi süjetdə bildirilir ki, bu addım İsrailin Dohada HƏMAS liderlərinə qarşı həyata keçirdiyi gözlənilməz əməliyyatdan sonra yaranan gərginliyi azaltmaq və Qətərin strateji əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Sənədə əsasən, Vaşinqton Qətəri qorumaq üçün diplomatik, iqtisadi və zərurət yaranarsa, hərbi vasitələrdən istifadə edəcəyinə söz verib. Trampın "Qətər bizim böyük müttəfiqimizdir və onlar qorunacaqlar" bəyanatı Yaxın Şərqdə yeni bir hərbi çətirin formalaşması kimi qiymətləndirilir. Regiondakı hərbi balansın dəyişməsi və Əl-Udeyd bazasının artan rolu barədə hər şey Baku TV-nin "Dünya" rubrikasında.
#ABŞ teqi istifadə olunub
- Tramp və Netanyahu arasında yeni müzakirələr | İran üçün hansı plan hazırlanır? - Baku TV
- ABŞ Prezidenti İran rəhbərliyindəki itkilərlə bağlı gözlənilməz etiraf etdi - Baku TV
- ABŞ və Avropadan Ukraynanın gələcəyi ilə bağlı yeni sülh planı | Rusiyanı nə gözləyir? - Baku TV
- Cənubi Koreyanın ABŞ-yə yatıracağı 50 milyard dollar hansı layihəyə sərf olunacaq? - Baku TV CANLI
- Vaşinqtonla Kiyev arasında münasibətlər yenidən gərginləşə bilər - Baku TV CANLI
