Donald Tramp Venesuelada keçirilən əməliyyatın uğurla başa çatdığını açıqlayıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinə telefonla qısa müsahibə verib və Venesueladakı əməliyyatın uğurlu olduğunu bir daha bəyan edib.
“Report”un məlumatına görə, D.Tramp Konqresdən əməliyyat üçün icazə almağa çalışıb-çalışmadığı və Venesuelanı nə gözlədiyi barədə suallara cavabında Mar-a-Laqoda keçiriləcək mətbuat konfransında bu mövzulara toxunacağını söyləyib.
“The New York Times” adı açıqlanmayan amerikalı rəsmiyə istinadən xəbər verib ki, Venesueladakı əməliyyat zamanı ABŞ hərbçiləri arasında itki yoxdur. Mənbə Venesuela tərəfindən itkilərin olma ehtimalı barədə danışmaqdan imtina edib.
Venesuela hökuməti ABŞ-dən ölkə Prezidenti Nikolas Maduro və həyat yoldaşının sağ olduğunu təsdiqləməsini tələb edib.
Bu barədə “The New York Times” Venesuelanın vitse-prezidenti Delsi Rodrigesə istinadən yazır.
D.Rodriges dövlət televiziyasında çıxış edərək N.Maduro və həyat yoldaşının yerinin məlum olmadığını bildirib və ABŞ Prezidenti D.Trampdan onların sağ olduğuna dair sübut təqdim etməsini tələb edib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
