Donald Trampın rəqibi geri çəkildi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin NATO-dakı keçmiş nümayəndəsi Nikki Heyli prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.
O, bu barədə Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib. “Kampaniyamı dayandırmağın vaxtı gəldi”, – deyə Nikki Heyli bildirib.
O, tərəfdarlarını ABŞ prezident seçkisində Donald Trampı dəstəkləməyə çağırmayıb. Donald Tramp isə öz növbəsində Nikki Heylinin tərəfdarlarını qarşıdan gələn seçkilərdə onun namizədliyini dəstəkləməyə çağırıb.
Bu barədə Tramp sosial şəbəkədəki səhifəsində yazıb. Eyni zamanda Donald Tramp Nikki Heylinin prezidentlik yarışında qalacağına və sona qədər mübarizə aparacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Nikki Heylinin ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizədən geri çəkilməsi Trampı Respublikaçılar Partiyası üçün öncül namizəd edir.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
