Donbas ərazisi Rusiyaya veriləcək? | Xarici KİV-dən məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski sülh müqabilində Donbasın bütün ərazisini Rusiyaya verməkdən imtina edib.
Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
O bildirib ki, V.Putin atəşkəsin əldə olunması üçün Ukrayna qoşunlarının Donbası tamamilə tərk etməsini tələb edib. V.Zelenski isə bu təklifi rədd edib.
Onun sözlərinə görə, Rusiya danışıqlarda öz mövqeyini gücləndirmək üçün yeni hücumlara hazırlaşır.
V.Zelenski Ukrayna Ordusunun Rusiyanın hərəkətlərinə lazım gələrsə, asimmetrik formada cavab verəcəyini deyib.
Bu arada "The New York Times" qəzetinin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirəcəyi görüşə Avropa liderlərini də dəvət edib. Görüşün Ağ Evdə keçirilməsi planlaşdırılır.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
