Pleyeri seçin:
Donetskin Ukraynada olan hissəsinə 1700-dən çox zərbə endirilib | Rusiya hücumlarını şiddətləndirdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya-Ukrayna müharibəsinin şiddətlənməsi fonunda, Rusiya ordusu tərəfindən Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissəsinə qısa müddət ərzində 1700-dən çox zərbə endirilib. Milli polisdən verilən məlumata görə, hücumlar 12 yaşayış məntəqəsini hədəf alıb, nəticədə 53 mülki obyekt, o cümlədən 42 yaşayış evi dağıdılıb. Xüsusilə Kostantinovka, Drujkovka, Dobropolye və Kramatorsk şəhərləri ağır zərbələrə məruz qalıb. Kostantinovkaya idarə olunan bombalar və FPV dronları ilə hücum edilib, nəticədə mülki şəxslər həlak olub və yaralanıblar. Drujkovkaya isə müxtəlif tipli beş dronla hücum edilib. Bu son hücumlar Rusiyanın Donbas bölgəsindəki hərbi əməliyyatları kəskin şəkildə artırdığını göstərir.
Kopyalandı
#Donetsk teqi istifadə olunub
- Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV
- Payız aylarında cəbhənin ən ağır döyüşlərinin yaşanacağı gözlənilir - Baku TV CANLI
- Donetskdə vəziyyət gərginləşir | Konstantinovkanın taleyi müəmmalı olaraq qalır - Baku TV CANLI
- Rusiya Ordusundan növbəti hava hücumu
- "Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq qarşılıqlı faydalıdır" | Zelenski
