Pleyeri seçin:

Dövlət Bağçalıdan ŞKTR-in parlamentinə çağırış | Türkiyəyə birləşmək...

20 oktyabr 2025 695 baxış

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Şimali Kipr Türk Respublikasında keçirilən prezident seçkilərinin ilkin nəticələrinə münasibət bildirib.

O, ŞKTR parlamentini təcili iclas keçirməyə çağırıb.

MHP sədri bildirib ki, parlamentarilər ŞKTR-in Türkiyəyə birləşməsinə qərar verməlidirlər.

“ŞKTR-də baş tutan seçkilərin nəticələri çox az seçicinin iştirakı ilə əldə olunub. Kipr türklərinin taleyi bu iştirakla təmsil edilə bilməz. Seçkilərin nəticəsi seçki şurası tərəfindən açıqlanmış olsa belə, ŞKTR parlamenti təcili şəkildə iclas keçirməli, seçki nəticələri və federasiyaya geri dönüşün qəbul edilməyəcəyi elan edilməli, ölkənin Türkiyə Respublikasına qatılmasına qərar verilməlidir”, ‒ deyə D.Bağçalı vurğulayıb.

Bu arada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ŞKTR-in yeni seçilmiş prezidenti Tufan Erhürmanı təbrik edib. Ərdoğan bu barədə “X” hesabında paylaşım edib.

“ŞKTR-də keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə görə bu gün prezident seçilən cənab Tufan Erhürmanı təbrik edirəm. ŞKTR-in demokratik yetkinliyini bir daha nümayiş etdirən, kiprli türk qardaşlarımızın iradəsini seçki qutusunda əks etdirən bu seçkinin ölkələrimiz və bölgəmiz üçün faydalı olacağını ümid edirəm. Türkiyə olaraq ŞKTR-in suverenlik hüquq və mənafelərini kiprli türk qardaşlarımızla birlikdə hər platformada müdafiə etməyə davam edəcəyik”, ‒ deyə Ərdoğan bildirib.

Qeyd edək ki, ŞKTR-də oktyabrın 19-da keçirilən prezident seçkilərində ilkin nəticələrə görə, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qalib gəlib.

Banner
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 695 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 695 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 695 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 695 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 695 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 695 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 695 baxış
Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Dünya
03 noyabr 2026 695 baxış
ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Dünya
03 noyabr 2026 695 baxış
“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

Dünya
03 noyabr 2026 695 baxış
Seçilmişlər
icon