Dövlət başçısı Kubanın dünya üçün təhlükə olmadığını vurğulayıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Kuba təhlükə mənbəyi deyil, təhlükə ABŞ-dir.
Bunu Kuba Prezidenti Migel Dias-Kanel “X” hesabında yazıb.
“Kuba təhlükə deyil, təhlükə ABŞ-dir”, – deyə o bildirib və Vaşinqtonun Kubanın ABŞ maraqlarına təhlükə yaratdığı barədə iddialarını yenidən rədd edib.
Kuba Prezidenti ölkədə milli elektrik enerjisi sisteminin növbəti dəfə çökməsinə də münasibət bildirib.
“Əvvəlki hadisədən cəmi bir neçə gün sonra milli elektrik enerjisi sistemində baş verən növbəti kollaps bərpa işlərini çətinləşdirir, lakin energetiklər təslim olmurlar”, – deyə Dias-Kanel qeyd edib.
Onun sözlərinə görə, adadakı bəzi istilik elektrik stansiyaları artıq işə salınır, digərləri isə sistemə qoşulur və yükü artırır.
“Bu, ABŞ tərəfindən Kubaya qarşı tətbiq olunan soyqırımı xarakterli neft blokadası şəraitində həyata keçirilən son dərəcə mürəkkəb prosesdir”, – deyə Kuba Prezidenti vurğulayıb.
#Kuba Respublikası teqi istifadə olunub
- Silahlı qüvvələrə yönəldilən pulun məbləği rekord həddə çatıb
- ABŞ İrandan sonra bu ölkə ilə münaqişəyə başlayacaq? - Baku TV CANLI
- Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib
- Kubanın sabiq lideri bir sıra qətllərdə ittiham edilir
- Elektrik böhranı sənətçiləri səhnədən uzaqlaşdıra bilməyib
