“Döyüş əməliyyatları yenidən başlasa...” | Ukrayna üçün vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya Kansleri Fridrix Merts “istəklilər koalisiyası”nın toplantısında çıxışı zamanı atəşkəs əldə edildikdən sonra NATO qüvvələrinin Ukraynaya bitişik ərazilərdə yerləşdirilməsinin mümkünlüyünü dilə gətirib.
Mertsin sözlərinə görə, təhlükəsizlik zəmanətləri çərçivəsində Avropa qüvvələri həm Ukraynanın öz hərbi potensialının gücləndirilməsində, həm də döyüş əməliyyatları yenidən başlayarsa, Ukrayna ilə həmsərhəd NATO ölkələrinin ərazisində yerləşdirilə bilər.
“Bu gün görüşdə açıq şəkildə bildirdim ki, hər iki variant düzgün ola bilər: Ukraynanın öz qoşunlarının gücləndirilməsi və dəstəklənməsi, eyni zamanda Ukrayna ilə qonşu ölkələrdə əlavə qüvvələrin yerləşdirilməsi”, – deyə Kansler qeyd edib.
O həmçinin vurğulayıb ki, Almaniyanın Ukrayna üçün çoxmillətli qüvvələrin formalaşdırılması və yerləşdirilməsində iştirakı məsələsi yalnız atəşkəs əldə edildikdən sonra hökumət və parlament səviyyəsində müzakirə oluna bilər.
#Fridrix Merts teqi istifadə olunub
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Merts Avropanın Rusiyadan dizel yanacağı almayacağını bildirib
- Zelenski Almaniyanın yeni yardım paketini açıqlayıb - Baku TV
- Aİ-nin yeni büdcə planı Almaniyada narazılıq yaradıb
- Merts Almaniya ordusunun mövcud imkanlarından narazı olduğunu gizlətmir
