Dünya bu görüşdən danışır | Ukraynadan vəziyyəti gərginləşdirən cavab
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 18-də Səudiyyə Ərəbistanında Ukrayna-Rusiya müharibəsi üzrə ABŞ-Rusiya danışıqlarının start götürməsi dünyanın gündəminə çevrilib.
Ukraynanın görüşə dəvət olunmaması, Kiyevin rəsmi bəyanat verərək bu görüşün nəticələrini tanımayacağını bildirməsi vəziyyəti daha da gərginləşdirib.
Kiyevdə görüşün Ukrayna üçün hər hansı nəticəsinin olmayacağını düşünürlər.
Siyasi analitik Oleksandr Krayevin sözlərinə görə, bu görüşdən ciddi dəyişikliklər gözlənilmir:
“Sadə bir səbəbə görə, əvvəla, Donald Tramp Administrasiyasının Ukrayna ilə bağlı dəqiq strategiyası yoxdur. Münhendə gördüklərimiz amerikanların sadəcə olaraq Avropa və Ukraynadan olan tərəfdaşları ilə məsləhətləşmələri idi ki, bu da son bir neçə aydır işgüzar görüşlər, işgüzar zənglər səviyyəsində davam edirdi. Artıq elə bir vaxt gəlib yetişib ki, Rusiyanın hansı konkret mövqeyi, hansı qırmızı xətti var, harada güzəştə gedə bilər, harada güzəştə gedə bilməz və sair bəlli olacaq.
ABŞ Dövlət katibi Marko Rubio da bildirib ki, indi baş verənlər diplomatik kəşfiyyatdır, yoxlamadır. Ona görə də bu görüşdən indiki halda nə Donald Trampdan, nə də Moskvadan bir şey gözləməyə dəyər”.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
