Dünya iqtisadiyyatına böyük zərbə yaxınlaşır? | ABŞ daha da varlandı, amma...
Yeniliklərdən dərhal xəbərdar olun
“Ölkələr ticarət danışıqlarında ABŞ ilə razılaşmasalar, biz onlar üçün müqavilə bağlayacağıq”.
Bunu ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşü zamanı deyib.
“Hamı razılıq əldə etmək istəyir. Əgər onlar müqavilə bağlamaq istəmirlərsə, biz onlar üçün müqavilə bağlayacağıq”, – o bildirib.
Tramp əlavə edib ki, ABŞ indiyədək tətbiq etdiyi tariflərdən böyük miqdarda gəlir əldə edib.
ABŞ Administrasiyası Yaponiya ilə danışıqlara başladığını və ardınca Cənubi Koreya ilə görüşlər keçirməyi planlaşdırdığını bildirib. Bundan sonra Cənubi Koreya səhmlərində yüksəlmə müşahidə edilib. Bir ayda ilk həftəlik yüksəliş ABŞ ilə tarif danışıqları ətrafında ümidləri artırıb.
Bunun fonunda Asiyada bir çox sahibkar ciddi zərər görüb. Honq-Konq, Avstraliya və Hindistan da daxil olmaqla Asiyanın bir çox böyük bazarları Pasxa bayramı üçün bağlı olub.
Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgievanın sözlərinə görə, Tramp administrasiyasının rüsumları kəskin şəkildə artırması qlobal qeyri-müəyyənliyə səbəb olub və dünya iqtisadiyyatının dayanıqlığını sınaqdan keçirib.
Onun sözlərinə görə, təcrübə də göstərir ki, qeyri-müəyyənlik nə qədər uzun olarsa, artıma mənfi təsir göstərmə ehtimalı bir o qədər yüksək olur.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
