Dünya liderlərindən İsrail-Fələstin müzakirəsi: Yaxın Şərqi nə gözləyir?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Cozef Bayden Böyük Britaniyanın Baş naziri Rişi Sunak, İtaliyanın Baş naziri Corca Meloni, Kanadanın Baş naziri Castin Trüdo, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsla telefonla danışıb.
Ağ Evin məlumatına görə, liderlər Fələstin-İsrail münaqişəsini müzakirə ediblər. Dövlət başçıları İsraili və onun özünü müdafiə etmək hüququnu dəstəklədiklərini bir daha vurğulayıblar.
Liderlər tərəfləri mülki şəxslərin müdafiəsi də daxil olmaqla, beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıblar. Onlar iki amerikalı girovun azad olunmasını təqdir edərək digər girovların da dərhal buraxılmasını istəyiblər.
Eyni zamanda liderlər regiondakı vətəndaşlarına, xüsusilə də Qəzzanı tərk etmək istəyənlərə dəstək olmağı öhdələrinə götürüblər.
Ağ Evin məlumatında bildirilir ki, dövlət başçıları Qəzzada fələstinlilərə humanitar karvanlar göndərdiklərini açıqlayıblar. Ehtiyacların ödənilməsi üçün tələb olunan bütün yardımların təhlükəsiz şəkildə ünvana çatdırılmasına nəzarəti də öhdələrinə götürüblər.
Həmçinin liderlər münaqişənin daha da böyüməsinin qarşısını almaq, Yaxın Şərqdə sabitliyi qorumaq, münaqişənin siyasi həlli və davamlı sülhün əldə edilməsi üçün diplomatik əlaqələr aparmağa davam edəcəklərini bildiriblər.
#Emmanuel Makron teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
- Makronun açıqlamasından sonra Fransada nə dəyişəcək? - Baku TV CANLI
