Dünya növbəti müharibə ilə üz-üzə
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada müharibə başlayandan hər kəsi düşündürən əsas sual budur – Rusiya və NATO arasında toqquşma mümkündürmü?
Zaman-zaman tərəflər arasındakı gərginlik ən pik həddə çatsa da, rəsmi Moskva ilə hərbi ittifaq öz aralarındakı qırmızı həddi qoruyub saxlaya bilib. Ancaq NATO-ya üzv olan bəzi ölkələrin, xüsusən Fransanın Ukrayna üzərindən etdiyi davranışlar Rusiya ilə toqquşma riskini daha da artırır.
Vladimir Putin 17 martda Kremlin önündə təşkil etdiyi qələbə mitinqində bildirib ki, toqquşma Üçüncü Dünya müharibəsinə səbəb ola bilər. Ancaq “dünyada hər şey mümkündür”, – deyərək ən pis variantı da istisna etməyib.
Məsələ ondadır ki, son zamanlar NATO-da Rusiya ilə bağlı fikirlər parçalanır. Fransa, Polşa və Baltik ölkələri rəsmi Moskvaya qarşı radikal mövqe sərgiləsə də, təşkilata üzv olan Türkiyə, Macarıstan kimi bəzi ölkələr Rusiya ilə geniş şəkildə əməkdaşlıq mühitindədir və bu əlaqələrin daha da inkişafında maraqlıdır. Bu ölkələrin liderlərinin, istər Rəcəb Tayyib Ərdoğanın, istərsə də Viktor Orbanın Vladimir Putinlə çox gözəl şəxsi münasibətləri var.
Maraqlıdır, əgər Rusiya ilə toqquşma real olsa, bu ölkələr hansı mövqedən çıxış edəcək? Türkiyə və Macarıstan buna etiraz etsə belə, təşkilat daxilində çoxluq əks fikri müdafiə edənlərdə olduğuna görə belə bir ehtimal mümkün ola bilər. Lakin digər dövlətlərin, həmçinin təşkilatın əsas gücü olan ABŞ-nin buna müsbət reaksiya verəcəyi gözlənilən deyil.
Rusiya ilə toqquşma baş verərsə, Polşa və Baltik ölkələrini çox ciddi təhlükə gözləyir. Həmçinin Rusiya Kamçatka istiqamətindən Sakit okeanda yerləşən NATO bazalarına zərbələr endirə bilər.
Digər bir amil Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını aktiv hala salmasıdır. Qərb və Şərq hərbi bloklarının üz-üzə gəlməsi yeni dünya müharibəsinə səbəb ola bilər.
NATO-nun bu riskləri gözə alıb Ukraynaya görə Rusiya ilə savaşa girəcəyini görmək sadəlövhlük olar. Yalnız Rusiyanın hansısa NATO ölkəsinə müdaxilə edəcəyi təqdirdə toqquşma ola bilər. Ancaq tərəflər bir-birinin qırmızı xətlərini bildiyi və bunu qoruduqlarını dəfələrlə göstərib. Bu faktlara əsasən, Rusiya-NATO toqquşmasının reallığa çox da yaxın olmadığını deyə bilərik. Ancaq Putinin özünün də dediyi kimi, dünyada hər an hər şey ola bilər.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
