Dünyanı hərəkətə gətirən fakt | BMT əməkdaşları silahlı qruplaşmaların üzvüdür?
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Ordusu Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq üzrə Agentliyinin Qəzzada yerləşən əsas binasının altında HƏMAS-a məxsus qərargah aşkar edib.
SAXAL-ın rəsmi sosial media hesabında yaydığı məlumata görə, yeraltı bazanın elektrik infrastrukturu BMT-yə məxsus binaya yerləşdirilib.
Hərbçilər iddia edir ki, təşkilat tunelləri elektrik enerjisi ilə təmin edir. 700 metr uzunluğunda və 18 metr dərinliyində olan yeraltı yollarda gizli qapılar, həmçinin kəşfiyyat üçün istifadə olunan bir sıra vasitələr aşkarlanıb.
Bundan əlavə, binanın ofislərində külli miqdarda silah-sursat, partlayıcı maddələr, həmçinn sözügedən tikilinin HƏMAS tərəfindən istifadə edildiyini göstərən kəşfiyyat avadanlığı və rəsmi sənədlər də tapılıb.
İsrail hakimiyyəti hesab edir ki, BMT-nin Yaxın Şərq üzrə Agentliyinin əməkdaşlarının təxminən 10%-i HƏMAS və İslami Cihad kimi hərbi qruplaşmalara üzvdür.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
