Dünyanın ən uzun yolu neçə kilometrdir? | Macəra sevənlərin istifadə etdiyi marşrut
Yeniliklərdən dərhal xəbərdar olun
Siz demək olar ki, Yer kürəsinin yarısını kəsib keçən yol haqqında düşünmüsünüzmü?
Alyaskanın buzlu ərazilərini Argentinanın sonsuz pampalarına birləşdirən, yer kürəsinin təxminən yarısına uzanan bir yol təsəvvür edin. Bu yol sadəcə bir magistral deyil, “Panamericana” kimi tanınan mühəndislik möcüzəsidir.
“Panamerica”nanın uzunluğu 48 min kilometr təşkil edir – bu, Yer kürəsinin ekvatorundan daha uzundur. Bu nəhəng yol şəbəkəsi ABŞ, Kanada, Meksika, Mərkəzi Amerika ölkələri, Kolumbiya, Ekvador, Peru, Çili və Argentina da daxil olmaqla 14 ölkənin ərazisindən keçir.
Bu unikal yolun marşrutu qızmar səhralardan rütubətli tropik meşələrə, dağ aşırımlarından mənzərəli sahil zonalarına qədər ən müxtəlif landşaftlardan keçir. “Panamericana” boyunca səyahət sadəcə “A” məntəqəsindən “B” məntəqəsinə səfər deyil. Bu, kəşflər, heyrətamiz insanlarla görüşlər və Amerika qitəsinin zəngin mədəniyyəti ilə təmasdan ibarət əsl macəradır.
Lakin öz əzəmətinə baxmayaraq, “Panamericana”nın bir zəif nöqtəsi var – Panamanın ərazisində yerləşən Darien çatı. 160 km uzunluğunda olan bu hissə keçilməz cəngəlliklər və bataqlıqlardan ibarətdir ki, burada yol tikintisi demək olar ki, mümkün deyil. Məhz buna görə, “Panamericana” bu yerdə kəsilir.
#Alyaska teqi istifadə olunub
- Tramp Alyaska tarixinin ən böyük enerji layihəsi barədə paylaşım edib
- Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər
- Kreml: Putin Zelenski ilə görüşün mümkünlüyünü istisna etmir
- Alyaska görüşü regionda nələri dəyişdirəcək? | Buzlu torpaqdan strateji zirvəyə
- Donald Tramp Alyaskaya yola düşüb | ABŞ-dən görüntülər
