Pleyeri seçin:

Dünyanın sonunu nələr yaxınlaşdırır? | Alimlər həyəcan təbili çaldı

01 fevral 2025 321 baxış

ABŞ-nin qeyri-kommersiya təşkilatı olan Atom Alimləri Bülleteni tərəfindən müəyyən edilən Qiyamət Saatı 89 saniyəyə endirilib.

Bu, saatın 1947-ci ildə yaradılmasından bəri qeydə alınan ən təhlükəli səviyyə hesab olunur.

Qiyamət Saatı qlobal təhdidlərin səviyyəsini simvolik olaraq göstərmək üçün “Manhattan” layihəsində iştirak edən alimlər tərəfindən yaradılıb. Başlanğıcda gecə yarısına 7 dəqiqə qalmış olaraq təyin edilən saat 1949-cu ildə nüvə müharibəsi riskinin artması ilə 3 dəqiqəyə endirilib, 1991-ci ildə isə Soyuq Müharibənin sona çatması ilə 17 dəqiqəyə qədər geri çəkilib. Son illərdə artan qlobal böhranlar səbəbindən saat yenidən irəli çəkilir.

Atom Alimləri Bülleteni 2024-cü ilin dərinləşən qlobal böhranlarla yadda qaldığını və bunun saatın daha da irəli çəkilməsinə təsir etdiyini bildirib.

2024-cü il sənaye dövründən əvvəlki dövrlə müqayisədə qlobal istiliyin ilk dəfə 1,5°C-ni aşdığı və ən isti il olaraq qeydə alındığı il olub. Ukrayna müharibəsi üçüncü ilinə daxil olub, Yaxın Şərqdə qarşıdurmalar daha da gərginləşib və nüvə silahına sahib olan ölkələr arsenalını genişləndirməyə davam edib.

Dünyada sürətlə yayılan yüksək yoluxucu quş qripi virusu kənd təsərrüfatı heyvanlarına, süd məhsullarına və insanlara keçərək yeni bir qlobal pandemiya riskini artırıb.

Alimlər bu təhdidlərlə yanaşı, yanlış məlumatların yayılmasının və süni intellektin təsirinin də qlobal riskləri artırdığını vurğulayırlar.

Süni intellektin dəstəyi ilə yayılan dezinformasiyanın, elmi həqiqətləri və insan haqlarını görməzliyə vuran liderləri cəsarətləndirdiyi bildirilir.

ABŞ, Çin və Rusiyanın nüvə silahları ilə dünyanı məhv etmə potensialına sahib olduğu və bu ölkələrin qlobal təhlükəsizliyi qorumaq məsuliyyəti daşıdığı qeyd olunur.

Bəzi ekspertlər Qiyamət Saatının siyasi bir vasitə olduğunu və bu simvolik vaxtın subyektiv şəkildə təyin edildiyini iddia etsələr də, Atom Alimləri Bülleteni bunun qorxu yaratmaq deyil, hərəkətə keçmək məqsədi daşıdığını bildirir.

Banner

#Qiyamət saatı teqi istifadə olunub

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 321 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 321 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 321 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 321 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 321 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 321 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 321 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 321 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 321 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 321 baxış
Seçilmişlər
icon