Dünya fəlakətə daha da yaxınlaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya fəlakətə həmişəkindən daha da yaxındır.
Atom Alimləri Bülleteninin elm və təhlükəsizlik şurası bu qənaətdədir. Buna görə də bəşəriyyət qarşısında çağırışların metaforik ölçüsü olan "Qiyamət saatı" yanvarın 24-də gecə yarısına 90 saniyə qalmış sıfırlanıb.
Qeyd edilib ki, bu addım Ukraynadakı müharibə ilə bağlıdır. Bu münaqişə nüvə silahından istifadə riskini artırıb. Bu səbəbdən dünyanın vəziyyəti də ürəkaçan deyil. Lakin sülh danışıqları aradakı gərginliyi azalda bilər.
BMT-nin İnsan Hüquqları üzrə keçmiş sədri Meri Robinsonun sözlərinə görə, "Qiyamət saatı" bütün bəşəriyyət üçün həyəcan təbili çalır, lakin dünya liderləri kifayət qədər sürətlə hərəkət etmirlər.
Xatırladaq ki, sonuncu dəfə 2020-ci ildə saatın əqrəbləri gecə yarısına 100 saniyə qalmış sıfırlanmışdı. Bu hadisə alimlərin və bütün dünyanın narahatlığına səbəb olmuşdu. O zaman Atom Alimləri Bülleteninin mütəxəssisləri deyirdilər ki, planetimiz “qiyamətin astanasındadır”.
#Qiyamət saatı teqi istifadə olunub
