Düşmən bizim ərazilərdən çıxarılmalıdır! - Rusiyadan Ukraynaya sərt xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
İndi ən böyük öhdəlik sərhəd müdafiəsi qoşunlarının və Müdafiə Nazirliyinin üzərinə düşür. Düşmən bizim ərazilərdən çıxarılmalıdır və sərhədyanı ərazilərimizdə hərbi qüvvələrimiz möhkəmləndiriləcək”.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bu məlum hücumlardan sonra hamımıza Kiyevin danışıqların əleyhinə olduğu aydınlaşdı. Sülh istəmirdim. Çünki onlar bu məkrli planı hazırlayırdılar. Qərbdən gələn fətvalara boyun əyən Ukrayna onların dediyini edir. Ukraynalıların əli ilə Qərb bizimlə müharibə aparır”, – o qeyd edib.
“Dinc insanların yaşadığı əraziləri və atom elektrik stansiyalarını hədəf alaraq qırğınlara səbəb olmaq niyyətində olan bir rejimlə nə danışmaq olar axı? Rəqib öz hərəkətlərinə layiqli cavab alacaq və xüsusi əməliyyatın bütün məqsədlərinə nail olunacaq.
Amma heç bir fərq qoymadan mülki əhaliyə, mülki infrastruktura zərbələr endirən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışan insanlarla hansısa danışıqlardan söhbət belə gedə bilməz. Biz heç bir maneələrə məhəl qoymadan qarşımızda duran bütün hədəflərə çatacağıq”, – V.Putin əlavə edib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
