Əfqanıstandakı gözlənilməz qərar gündəmi silkələdi | Bu məhsullar satılmayacaq!
Yeniliklərdən dərhal xəbərdar olun
Əfqanıstanın cənubunda ölkənin ən böyük şəhəri olan Qəndəharda gəlinciklərin satışı qadağan edilib.
Bu barədə "Afganistan International” portalı məlumat yayıb.
"Taliban yanında Fəziləti Təbliğ etmək və Əxlaqsızlığın Qarşısını Alma Nazirliyi bir sıra oyuncaqların, o cümlədən gəlinciklərin satışını haram elan edib", ‒ deyə məlumatda qeyd edilib.
Bildirilib ki, "Taliban” bu cür oyuncaqları bütlərə bənzədir və onlara ibadət etmək islamda günah sayılır.
Şəhər rəhbərliyi qadağan olunmuş məhsulların dərhal piştaxtalardan yığışdırılmasını əmr edib.
Son dörd ildə Taliban ölkədə əyləncə və idman fəaliyyətlərinə qoyulan məhdudiyyətləri əhəmiyyətli dərəcədə artırıb. Məsələn, "Taliban”ın idman departamenti şahmat oynamağı qadağan edərək Əfqanıstan Şahmat Federasiyasının fəaliyyətini dayandırıb.
#Əfqanıstan teqi istifadə olunub
- 20 nəfər ölüb, 100-dən çox insan itkin düşüb
- 100-dən çox insan itkin düşdü, azı 20 nəfər öldü | Əfqanıstanda fəlakət - Baku TV CANLI
- Ölkə “dünyanın ən çox laqeyd yanaşılan böhranları” siyahısına daxil edilib
- Pakistanın şimal-qərbində genişmiqyaslı antiterror əməliyyatı keçirildi - Baku TV CANLI
- Pakistanın zərbələri nəticəsində 400-dən çox şəxs ölüb
