Elm adamları Marsda elə şeylər ortaya çıxardı ki... | Dünyanı qurtaracaq araşdırma
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin Honq-Konq Politexnik Universitetinin alimləri qədim zamanlarda Marsda nəhəng okeanın mövcud olmasına dair yeni sübutlar tapıblar.
Elm adamları "Cjujun" aparatının göndərdiyi nümunələri tədqiq etdikdən sonra bu qənaətə gəliblər.
Qırmızı planetdə çuxurlu konuslar, çoxbucaqlı çökəkliklər, su və buzlu ərazilər üçün xarakterik olan strukturlar aşkar edilib ki, bu da okeanın mövcudluğundan xəbər verir.
Tədqiqatçılar toplanmış məlumatları təhlil edərək müəyyən ediblər ki, Marsdakı Hesper adlı okean 3,7 milyard il əvvəl daşqın nəticəsində yarana bilərdi. Planetin Şimal düzənliklərində mövcud olan su hövzəsinin təxminən 3,4 milyard il əvvəl yox olmağa başladığı ehtimal edilir.
Qeyd edək ki, "Cjujun" aparatı 2021-ci ilin mayında Marsın cənubuna, "Utopia Planitia" bölgəsinə uğurla eniş edib.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
