Elm dünyasını aciz qoyan "zombi" | Gözlənilməz hadisə nə ilə nəticələnəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Boliviyanın cənub-qərbində yerləşən Uturunku vulkanı artıq 250 min ildir ki, püskürmür. Lakin alimlərin müşahidələrinə əsasən, bu "zombi vulkan" yenidən canlanma əlamətləri göstərir – bölgədə yeraltı təkanlar və qaz çıxışları qeydə alınıb.
Cənubi Amerikanın And dağlarında yerləşən və Boliviyanın ən yüksək zirvələrindən biri olan Uturunku vulkanı elm üçün hələ də tam aydın olmayan geoloji sirr olaraq qalır.
Tədqiqatçılar bildirir ki, vulkan ətrafında "sombrero" formasında yer səthinin deformasiyası müşahidə olunur – vulkanın üstündə torpaq qalxır, ətraf sahələrdə isə çökür. Bu isə dərinlikdə geoloji aktivlikdən xəbər verir.
Alimlər 1700-dən çox yeraltı təkanı analiz edərək Uturunkunun altındakı yer qabığının quruluşunu vizuallaşdırmağa nail olublar. Məlum olub ki, vulkanın zombi kimi davranmasının əsas səbəbi kraterin altındakı rezervuarlarda toplanan isti mayelər və qazların hərəkətidir. Məhz bu mayelərin yerdəyişməsi yeraltı təkanlara və torpağın qalxıb-çökməsinə səbəb olur.
#Boliviya teqi istifadə olunub
- Boliviyada həkimlər küçələrə çıxaraq yürüş keçirdi
- Boliviyada prezidentin istefası tələbi ilə aksiya keçirildi
- Hökumətə qarşı olanlar ayağa qalxdı, polis təcili hərəkətə keçdi
- Boliviyada hökumət əleyhinə etirazlar polislə toqquşmalara çevrilib
- La-Pas sakinləri xəstəxanalardakı baxımsızlığa etiraz etdilər
