Enerjisi ilə gəncləri geridə qoyan 88 yaşlı baba görün nələr edir
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyanın şimalındakı skeyt parklarından birində qeyri-adi mənzərə yaşanır.
Belə ki, 88 yaşlı Xuanxo Albisu hələ də skeytbord üzərində cəsarətli fəndlər nümayiş etdirir. O, bu ekstremal idmana 70 yaşında başlayıb.
Əvvəllər xizək sürməyi sevən Albisu bu hobbinin baha olması səbəbi ilə skeytborda üstünlük verib. Hazırda o, hər həftə parkda məşq edir və fəallığı ilə gəncləri də heyrətləndirir.
Albisu deyir ki, fiziki aktivlik onun həyat keyfiyyətini yüksəldir. “Rutinləri qırmaq insanın ruhunu dincəldir”, – deyə o bildirir.
İspaniyada əhalinin yarıdan çoxunun 44 yaşdan yuxarı olduğu bir zamanda Albisu cəmiyyətə ilham verir. O deyir ki, skeytbord ona həm sağlam qalmaq, həm də gündəlik həyatın monotonluğundan qaçmaq imkanı verir. Ətrafındakı insanlar onun enerjisinə heyran qalır.
Albisu yalnız skeytbordla kifayətlənmir. Həftədə iki dəfə ingilis dili danışıq klublarına da gedir.
Skeyt parkında yaşadığı maraqlı hadisələri ingiliscə paylaşmaqdan böyük zövq alır. O, yaşıdlarına bu cür çağırış da edir: “İstəyirsinizsə, başlayın, amma asta-asta”.
88 yaşında olmasına baxmayaraq, Xuanxo Albisu sübut edir ki, həyat aktiv olanda daha gözəldir.
#İspaniya teqi istifadə olunub
- Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb
- İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI
- Madriddə minlərlə insan pensiya sisteminin özəlləşdirilməsinə qarşı çıxıb
- İspaniya paytaxtı minlərlə insanı birləşdirən etiraz aksiyası ilə gündəmə gəldi - Baku TV
- İsrail və İspaniya arasında diplomatik gərginlik daha bir qarşıdurma ilə dərinləşib - Baku TV CANLI
