Pleyeri seçin:

Epşteyn qalmaqalı daha da böyüyür | Kimlərin adı hallanır? - Baku TV

09 fevral 2026 657 baxış

Böyük Britaniyanın Baş naziri Kir Starmer həftə ərzində istefa verməyə məcbur edilə bilər.

"Bloomberg" agentliyi hakim Leyboristlər Partiyasındakı mənbələrə istinadən məlumat yayıb ki, bu iddialara pedofiliyada ittiham edilən amerikalı maliyyəçi Ceffri Epşteynin dostu Peter Mendelsonun Böyük Britaniyanın ABŞ-dəki səfiri vəzifəsinə təyin edilməsi ilə bağlı qalmaqal səbəb olub. Bu qalmaqal Britaniya Baş nazirinin aparat rəhbəri Morqan Maksuininin istefasına gətirib çıxarıb.

"Bloomberg" yazır ki, hakim Leyboristlər Partiyasından olan millət vəkilləri P.Mendelsonun səfir təyinatına baxmayaraq, K.Starmerin hələ də vəzifədə qalmasına təəccübləndiklərini gizlətməyiblər.

"Downing Street", 10 ünvanında çalışan bəzi əməkdaşlar hökumət üzvlərinə gizli şəkildə zəng edərək Baş naziri istefaya razı salmağa və ya onu istefaya məcbur edəcək addımlar atmağa çalışırlar. Nazirlərdən birinin müşavirinin sözlərinə görə, K.Starmerin növbəti həftə vəzifədə qalma ehtimalı "50-nin 50-yə"dir.

Agentlik vurğulayıb ki, K.Starmer vəzifəsini qorumaq üçün 2025-ci ilin sentyabr ayında kabinetdən ayrılan keçmiş müavini Angela Rayneri geri qaytarmağı təklif edə bilər. Bundan əlavə, o, hazırkı enerji təhlükəsizliyi və karbon neytrallığı naziri Ed Milibəndi daha nüfuzlu bir nazirliyə rəhbər təyin edə və bununla da ambisiyalarını yerinə yetirə bilər. K.Starmerin istefa verməsi halında həm A.Rayner, həm də E.Milibənd baş nazir vəzifəsinə namizədlər kimi nəzərdə tutulur.

Görünür, fevralın 5-də Epşteyn qalmaqalında adı hallanan Mendelsona görə tribunada üzr istəmək Kir Starmeri xilas edə bilməyib. Artıq hökumət daxilində onun istefası tələb olunur. 

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 657 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 657 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 657 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 657 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 657 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 657 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 657 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 657 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 657 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 657 baxış
Seçilmişlər
icon