Ərdoğan ABŞ ilə bağlı gələcək planlarından danışdı | Biz bunu edə bilərik!
Yeniliklərdən dərhal xəbərdar olun
Donald Trampın ABŞ-nin yeni prezidenti seçilməsi Ankara-Vaşinqton münasibətlərində müsbətə doğru dəyişikliyə səbəb ola bilər.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə açıqlaması zamanı bildirib.
“Hələlik Ankara-Vaşinqton xətti üzrə gələcək münasibətlərə dair konkret proqnozun verilməsi tezdir. Bunun yaranması üçün D.Tramp Administrasiyasının tam formalaşması, 2 ölkə nazirləri və müvafiq qurumlarının daimi əlaqədə olması və birgə işləməsi lazımdır.
D.Tramp Administrasiyası iqtisadiyyatı əsas prioritetlərdən biri hesab edir. Türkiyə isə strateji coğrafi mövqeyə malik bir ölkə olaraq investisiya imkanları təklif edən bir dövlətdir. Biz 2 ölkə arasında ticarətin həcmini artırmaq və investisiyalara təşviq etmək məqsədilə yeni imkanlar yarada bilərik. Xüsusilə də enerji, infrastruktur və texnologiya sahələrində yeni əməkdaşlıq sahələrini inkişaf etdirmək mümkündür”, – deyə o qeyd edib.
Xatırladaq ki, 2024-cü il noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkiləri zamanı ölkənin sabiq lideri Donald Tramp 4 illik fasilədən sonra yenidən prezident seçilib. Türkiyə lideri onu ilk təbrik edənlər arasında olub.
#Türkiyə teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
