Ərdoğan Dolmabaxça Sarayında Şahbaz Şərifi qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib.
Görüşdə Türkiyə-Pakistan əlaqələrinin müxtəlif aspektləri qiymətləndirilib, ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib, regional və beynəlxalq proseslər müzakirə edilib.
Bundan əlavə, terrorla mübarizə də gündəmdə olub.
Danışıqlarda iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlığın möhkəmləndirilməsi məsələsi ön plana çıxıb.
Rəcəb Tayyib Ərdoğan İstanbul-Tehran-İslamabad dəmir yolu xəttinin işlək hala gətirilməli olduğunu bildirib.
Türkiyə lideri Pakistanla qarşılıqlı ticarət həcmini beş milyard dollara çatdırmaq üçün addımlar atmağa davam edəcəklərini vurğulayıb.
Geniştərkibli görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Məşfiyyat İdarəsinin rəisi İbrahim Kalın, Prezidentin mətbuat xidməti idarəsinin rəhbəri Fahrettin Altun, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç və quru qoşunları komandanı Selçuk Bayraktaroğlu da iştirak ediblər.
#Şahbaz Şərif teqi istifadə olunub
- Ərdoğanla Şahbaz Şərif birgə mətbuat konfransı keçiriblər
- İslamabaddan vacib diplomatik addım | Şahbaz Şərif İran və Türkiyəyə niyə gedir? - Baku TV CANLI
- Pezeşkian İslamabadda ABŞ ilə əldə olunan razılaşmanı müzakirə edəcək
- İsveçrədə kritik görüş | Şərif və Munirin də iştirakı gözlənilir - Baku TV
- Pakistanın Baş naziri İranla bağlı vacib paylaşımını niyə yenilədi?
