Ərdoğan hərəkətə keçdi | Rusiya ilə müharibədə yeni mərhələ?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya-Ukrayna müharibəsinin diplomatik həlli üçün Türkiyə bir daha addım atıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Cənub-Şərqi Avropa Sammitinə videomüraciət göndərib.
Ərdoğan mesajında “sülhün bərqərar olması üçün daha əvvəl İstanbulda qurduğumuz danışıqlar masasını yenidən qurmağa hazırıq” deyib.
Ərdoğanın bu istiqamətdəki çağırışı dünya gündəmində mühüm mövzuya çevrilib.
Bildirilir ki, Ərdoğan Rusiya və Ukraynaya diplomatiyaya şans vermək üçün çağırış edib.
“Newsweek” yazır: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya işğalının başlamasından iki ildən çox vaxt keçdikdən sonra Ukrayna-Rusiya sülh danışıqlarının yeni raunduna ev sahibliyi etməyi təklif etdi".
Xarici media qeyd edir ki, həm Moskva, həm də Kiyevlə sıx əlaqələr saxlayan Ərdoğan müharibədə vasitəçi kimi mühüm rol oynaya bilər. Bildirilir ki, Türkiyənin Rusiya-Ukrayna münaqişəsində vasitəçilik təklifi yeni hadisə deyil və Ankara tarixən regional mübahisələrin həlli istiqamətində diplomatik səylərdə mühüm rol oynayıb.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
