Ərdoğan Kazanda Putinlə nələri müzakirə etdi? | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinə hücum təsadüfi deyil. Terrorçular təkcə bir şirkəti deyil, Türkiyənin sülh və təhlükəsizliyini hədəfə alıblar”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə verdiyi açıqlamada deyib.
O qeyd edib ki, Türkiyənin hüquq-mühafizə orqanları terror aktının qarşısını alarkən ölkənin gələcəyini canları bahasına müdafiə ediblər.
“Təəssüflər olsun ki, xain hücumda şəhidlərimiz oldu, çoxlu yaralımız var. Suriyadan və ya fərqli yerlərdən bizə qarşı təxribatı hər an düşünmək məcburiyyətindəyik” deyən R.T.Ərdoğan vurğulayıb ki, təhlükəsizlik qüvvələri hücumu həyata keçirən terrorçuları çox qısa müddətdə zərərsizləşdiriblər.
Türkiyə lideri Kazanda keçirilən BRICS sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə müzakirə etdiyi məsələləri də açıqlayıb.
Bildirib ki, danışıqlar zamanı taxıl dəhlizinin bərpası, Ukrayna münaqişəsində əsir mübadiləsi və Qara dənizdə minatəmizləmə məsələləri müzakirə edilib.
“Mövcud problemlərin diplomatik yolla həlli üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik”, – deyə R.T.Ərdoğan qeyd edib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
