Pleyeri seçin:
Ərdoğan Putinlə "Azov" komandirlərini müzakirə edəcək
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə Azov komandirlərinin Ankaranın Kiyevə ekstradisiyası ilə bağlı vəziyyəti müzakirə etməyi gözləyir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
Ərdoğanın sözlərinə görə, Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün bağlanmasının tərəfdarıdır və hesab edir ki, bu halda uduzan olmayacaq.
“Sülhün əldə edilməsində uduzan olmadığı kimi, müharibədə də qalib yoxdur. Biz regionumuzda sülhə ümidi canlandırmaq istəyirik. Ukraynada ədalətli sülhün bərqərar olmasının tərəfdarıyıq”, – deyə Türkiyə lideri bildirib.
Kopyalandı
#Azov komandirləri teqi istifadə olunub
