Ərdoğan Venesuelada baş verənlərlə bağlı açıqlamasında hansı mesajı verdi?- Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.
Bu barədə Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.
Ərdoğan Trampa Venesuelada qeyri-sabitliyin qəbuledilməz olduğunu söyləyib.
Türkiyə Prezidenti bildirib ki, Ankara Venesuela xalqına dəstək verməyə davam edir:
"Türkiyə və xalqı dost Venesuela xalqının yanında olmağa, onların inkişaf etdirilməsi və rifah halının yaxşılaşdırılması səylərini dəstəkləməyə davam edəcək. Maduro və Venesuela xalqı Türkiyə ilə dostluqlarını dəfələrlə təsdiqləyiblər. Türkiyə və Venesuela illər ərzində, ən çətin dönəmlərdə belə həmrəyliyə üstünlük verib".
Venesuela liderinin ABŞ tərəfindən saxlanılmasına münasibət bildirən Ərdoğan deyib ki, dövlətlərin suveren hüquqlarının və beynəlxalq hüququn pozulması qlobal səviyyədə ciddi fəsadlara səbəb ola biləcək riskli addımdır.
"Gücün və qüdrətin qanunun aliliyindən üstün olduğu bir dünyada qeyri-sabitlik, böhranlar və münaqişələr qaçılmazdır. Türkiyə beynəlxalq hüququ pozan heç bir hərəkəti qəbul etmir", – deyə Ərdoğan qeyd edib.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
