Ərdoğan Zelenski ilə görüşəcək | Ukrayna lideri istəyinə nail olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ şirkəti “Lockheed Martin Corporation” tərəfindən istehsal edilən ATACMS taktiki raket sistemlərinin birbaşa Rusiya ərazisinə qarşı zərbə endirilməsində istifadə olunduğunu açıqlayıb.
Baş Qərargah bu barədə “Telegram” kanalında bildirib.
“Ukrayna Silahlı Qüvvələri Rusiyadakı hərbi hədəflərə dəqiq zərbə endirmək üçün ATACMS taktiki raket sistemlərindən uğurla istifadə edib. Bu, Ukraynanın suverenliyinə sarsılmaz sadiqliyini vurğulayan əlamətdar hadisədir”, ‒ deyə açıqlamada qeyd olunur.
Baş Qərargah əlavə edib ki, uzaqmənzilli silahların, xüsusən də ATACMS sistemlərinin bundan sonra da istifadəsi davam edəcək.
Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə işgüzar səfəri çərçivəsində Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq. TRT telekanalının məlumatına görə, tərəflər ikitərəfli məsələlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyətini və onun mümkün nizamlanması yollarını da müzakirə edəcəklər. Xüsusilə buraya atəşkəs və Rusiya ilə Ukrayna arasında danışıqların intensivləşdirilməsi, o cümlədən İstanbulda təmaslar, eləcə də nizamlama üzrə mümkün zirvə görüşü daxildir.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
