Ərdoğandan çağırış: Gəlin dördlü formatda görüşək
Yeniliklərdən dərhal xəbərdar olun
"Üçtərəfli görüş təklifimizi onlara çatdırmışıq. Amma bu məsələdə biz üçlü yox, dördlü təklif etdik. Yəni bu yerlərə heç bir aidiyyəti olmayan liderlərlə deyil, Rusiya lideri cənab Vladimir Putinlə, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə, mənim və hazırda məsələ ilə məşğul olan Ermənistanın Baş naziri Nikol Paşinyanla dördlük olaraq belə bir görüş keçirək".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının müzakirələrində iştirak etmək üçün ABŞ-yə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.
"Elə təklif verdik ki, addımı da ona uyğun ataq. Hələlik heç bir müsbət və ya mənfi rəy almamışıq. Biz cənab İlham Əliyevlə bu məsələni daha sonra müzakirə edəcəyik və hadisələri yaxından izləyəcəyik", – R.T.Ərdoğan vurğulayıb.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
