Pleyeri seçin:
Ərdoğandan Qəzzadakı acınacaqlı vəziyyətə reaksiya
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Hazırda Qəzzanın suyunu kəsiblər, işıq yoxdur, verilmir. Hanı insan haqları?”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriyanın Baş naziri Karl Nehammerlə təkbətək görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.
“Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə görə, suyu, elektrik enerjisini kəsə bilməzsiniz. Maraqlıdır, hazırda Qəzzada xəstəxanalarda vəziyyət necədir? İşləyirmi? Təəssüf ki, yox. Amma ibadət yerləri və xəstəxanalar amansızcasına vurulur. Bunlar həyata keçirilərkən heç kim heç nə demir”, – Türkiyə Prezidenti qeyd edib.
Kopyalandı
#Fələstin teqi istifadə olunub
