Ərdoğanı devirmək istəyənlər kimdir? - Türkiyəni silkələyən hadisənin iç üzü
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb.
“Türkiyə” qəzetinin yazdığına görə, daha əvvəl Ankara Təhlükəsizlik Müdirliyindən bir neçə əməkdaş işdən çıxarılıb. Onlar “Ayxan Bora Kaplan” cinayət təşkilatı ilə əlaqədə olmaqda ittiham olunublar. Rəqəmsal materialları ələ keçirmək ittihamı ilə işdən qovulan polis məmurlarının evlərində axtarış aparılıb.
Prezidentin müttəfiqi, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı parlamentdəki fraksiya iclasında bildirib ki, baş verənlər Ərdoğanı devirmək üçün sui-qəsdin olduğunu göstərə bilər. Bununla əlaqədar olaraq D.Baxçalı əməliyyatları yalnız bir neçə polis əməkdaşının işdən çıxarılması ilə məhdudlaşmamağa çağırıb.
Nəşrin məlumatına görə, D.Baxçalının açıqlamasından sonra R.T.Ərdoğan prezident iqamətgahında ölkənin ədliyyə naziri Yılmaz Tunc və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla təcili gecə görüşüb.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
