Ərdoğanı özündən çıxaran gərginlik | Suriyada baş verənlər barədə təcili açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Nə qədər ki, biz hamımız sülh, sabitlik deyə səslənirik, İslam coğrafiyasının qeyri-sabitliyindən qidalanan güc qrupları da boş oturmur, gərginlik və xaos yaratmağa çalışırlar”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında deyib.
“Qonşu Suriyada keçmiş rejim qalıqlarının məzhəblərarası qarşıdurma yaratmaq məqsədi daşıyan təxribatçılarının həyata keçirdikləri terror aktlarının şahidi olduq. Türkiyə olaraq Suriyanın birliyini, həmrəyliyini və ictimai sülhünü hədəf alan hər cür hücumu, terroru və hədə-qorxuları ən kəskin şəkildə qınayırıq.
Suriya lideri Əhməd əl-Şaraa inklüziv siyasət yürüdür. İnanırıq ki, Suriyada tezliklə əmin-amanlıq bərqərar olacaq. Suriya mövzusunda kimsə bizə dərs verə bilməz”, – deyə R.T.Ərdoğan bildirib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
