Ərdoğanın baş müşaviri Türkiyə və Rusiya münasibətlərindən danışdı? | Boş sözlərə nə ehtiyac var?
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz qonşularımızla heç zaman qarşıdurmaya girmərik. Dünyada qədim dostluq və ya düşmənçilik ənənələri olmur. Sadəcə müəyyən məsələlərdə fikir ayrılıqları yaşana bilər”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu “Teleqraf”a müsahibəsində deyib.
“Rusiya ilə Türkiyə arasında geniş mənada anlaşılmazlıq ola bilməz. Aleksandr Dugin yaxın günlərdə əsassız açıqlama vermişdi və sonra səhvini başa düşdü. Dövlət ağlı ilə düşünmək lazımdır. 40 dəfə düşün, bir dəfə danış. İki ölkənin prezidentlərinin də münasibətləri olduqca yaxşıdır. Bu, ölkələrin əlaqələrinə təsir edib. Sanksiyalar fonunda Rusiya Türkiyə üzərindən nəfəs alır. Belə olan halda boş sözlərə nə ehtiyac var?”, – Y.Topçu bildirib.
Qeyd edək ki, rusiyalı ultramühafizəkar filosof və “Rus dünyası”nın ideoloqu Aleksandr Dugin Suriya məsələsinin R.T.Ərdoğan üçün strateji səhv olduğunu demişdi.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
