Ərdoğanın Krımla bağlı mövqeyinə Zelenskidən reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə müzakirə etdiyi məsələlərdən danışıb.
O, “X”dəki paylaşımında Ərdoğanla əməkdaşlıq, təhlükəsizlik təminatları, atəşkəsin monitorinqi, Qara dənizdə minaların təmizlənməsi, Ukraynanın bərpası və dövlətlər arasında tərəfdaşlığın inkişafı məsələlərini müzakirə etdiyini bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, bu məsələlərin əksəriyyətində onun fikirləri Türkiyə lideri ilə üst-üstə düşür.
Zelenski həmçinin Ərdoğanın Krımı Ukraynanın bir hissəsi olaraq tanıdığını yenidən dilə gətirdiyini bildirib.
“Ərdoğana və onun komandasına Ukraynanın ərazi bütövlüyünə və müstəqilliyinə göstərdiyi dəstəyə görə təşəkkür edirəm”, ‒ deyə o, paylaşımında bildirib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
