Ərdoğanın terrorla mübarizədə qətiyyətli mövqeyi
Yeniliklərdən dərhal xəbərdar olun
Demək olar, az qala hər gün Türkiyənin terrorla mübarizə istiqamətində əməliyyatlar keçirdiyi barədə xəbərlər eşidirik.
Son 40 ildir ki, bu ölkənin terrorla haqlı savaşı davam edir. Bu illər ərzində minlərlə insan həlak olub, milyardlarla vəsait bu sahəyə ayrılıb. Bu gün Türkiyənin hansı bölgəsinə baxsaq, orada PKK-nın qurbanı olan şəhidlər görəcəyik və əlbəttə ki, o şəhidlərin də qanı yerdə qalmır. Rəcəb Tayyib Ərdoğanın bu mənada qətiyyətli mövqeyi var. Terror təşkilatları Türkiyənin milli təhlükəsizliyinə təhdid yaratdıqca qardaş ölkə həm daxildə, həm də xaricdə antiterror əməliyyatlarını davam etdirəcək.
Qeyd etmək lazımdır ki, təkcə son 5 ildə 8 650 terrorçu zərərsizləşdirilib. Suriyada və İraqda mühüm əməliyyatlar keçirən Türkiyənin PKK terror təşkilatı ilə mübarizəsi isə xüsusilə əhəmiyyətlidir. Təşkilatın Suriya ayağı PYD/YPG ABŞ-nin çətiri altında Suriyadakı varlığını davam etdirdikcə qardaş ölkə daha çox hədəfləri zərərsizləşdirir.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
