Ərdoğanla Trampın telefon danışığında qlobal proseslər əsas müzakirə mövzusu olub - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, habelə regional və qlobal proseslər müzakirə olunub.
Ərdoğan İranla ABŞ arasındakı gərginlikdə diplomatiyadan maksimum dərəcədə istifadə etməyin vacibliyini, danışıqların davam edəcəyinə ümidvar olduğunu söyləyib. Türkiyə dövlətinin başçısı rəsmi Ankaranın sülh səylərini dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Ərdoğan həmçinin Türkiyənin Pakistan və Səudiyyə Ərəbistanı ilə imzaladığı Birgə Müdafiə Sazişinin regional sabitlik və təhlükəsizliyin təmin edilməsi baxımından “güclü mövqe” nümayiş etdirdiyini bildirib.
Yaxın Şərqdə cərəyan edən proseslərə diqqət çəkən Rəcəb Tayyib Ərdoğan Türkiyənin bölgədə davamlı sülhü və Qəzza zolağının yenidən qurulması istiqamətində atılan addımları dəstəkləməyə davam edəcəyini deyib.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
