Ərəb ölkələrinin rəsmiləri Qəzza ilə bağlı çağırış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ərəb ölkələrinin nazirləri Pekinə səfər ediblər.
Çinin xarici işlər naziri Vanq Yi ilə birgə keçirilən görüşdə Səudiyyə Ərəbistanı, İordaniya, Misir, İndoneziya, Fələstin və İslam Əməkdaşlıq Təşkilatının rəsmiləri iştirak edib.
Bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, rəsmi nümayəndələr Qəzzada dərhal atəşkəsin elan edilməsinə çağırış ediblər.
“Biz öz mesajımızı aydın şəkildə qarşı tərəfə göndərmək üçün buradayıq, yəni döyüşlər və qətllər dərhal dayandırmalı, Qəzzaya humanitar yardımların təhlükəsiz şəkildə çatdırılması təmin edilməlidir”, – deyə Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud qeyd edib.
Çinli nazir isə rəsmi Pekinin ərəb və müsəlman ölkələrinin dostu və qardaşı olduğunu və hər zaman Fələstin xalqının fəaliyyətini dəstəklədiyini vurğulayıb. Vanq Yinin sözlərinə görə, Çin Qəzzadakı müharibəni mümkün qədər tez sonlandırmaq, Fələstinlə problemlərin hərtərəfli, ədalətli və davamlı həllinə təşviq etmək üçün çalışacaq.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
