Erməni general Paşinyanın yalanlarını ifşa edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Ordusunun Baş Qərargahının keçmiş rəhbəri Onik Qasparyan Azərbaycanla 44 günlük müharibədən əvvəl ölkə ordusunun döyüş qabiliyyətinə dair fikirlər səsləndirdiyinə görə generalları qınayan Baş nazirə cavab verərək, Nikol Paşinyanın yalanlarını ifşa edib.
O.Qasparyan müharibəyə hazırlıq və hərbi əməliyyatların aparılması ilə bağlı məsələlərin ictimai müzakirəsini yolverilməz hesab edib.
Onun sözlərinə görə, Baş nazir təkcə Silahlı Qüvvələrin fəaliyyətini deyil, həm də bütün dövlət idarəetmə sisteminin fəaliyyətini təmsil etməli, müsbət və mənfi cəhətləri, habelə uğursuzluqların obyektiv və subyektiv səbəblərini qeyd etməlidir.
O.Qasparyan qeyd edib ki, 2020-ci il iyulun 10-da Milli Təhlükəsizlik Şurasının iclasında Baş nazirə 2020-2024-cü illər üçün silah və hərbi texnikanın inkişafı üzrə dövlət proqramının layihəsi barədə məlumat verib.
“Layihəyə əsasən, Silahlı Qüvvələr qarşısında qoyulan vəzifələri həll etmək üçün 8 milyard ABŞ dolları lazım idi. Baş nazirə məlumat verdim ki, ümumi hava hücumundan müdafiə qruplaşmasının effektivliyi “zəif” qiymətləndirilir. Qarşı tərəfin idarəetmə sistemlərini effektiv şəkildə susdurmaq mümkün deyil. Operativ rəhbərlik və məlumatların ötürülməsi baxımından kəşfiyyat orqanlarının imkanları zəifdir”, – deyə O.Qasparyan bildirib.
“Pilotsuz Uçuş Aparatlarının sayının döyüş tapşırıqlarını yerinə yetirmək üçün kifayət etmədiyini dedim. Həmçinin Azərbaycanın PUA-larına qarşı döyüşmək üçün hava hücumundan müdafiə və elektron döyüş texnikasına ehtiyac olduğunu qeyd etdim. Ordunun ehtiyacları üçün lazımi PUA-ların sayını açıqladım”, – erməni general söyləyib.
Qeyd edək ki, Nikol Paşinyan Azərbaycanla 44 günlük müharibədə məğlubiyyətə görə ordu rəhbərliyini qınayıb.
#Onik Qasparyan teqi istifadə olunub
