Pleyeri seçin:
Erməni hərbçi Azərbaycan sərhəddə minaya düşdü | Təcili məlumat
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Tavuş rayonunun Voskepar kəndindəki kilsənin yaxınlığında minanın partlaması nəticəsində erməni sərhədçi yaralanıb.
Bu barədə Ermənistan mətbuatı məlumat verib.
“Bir müddət əvvəl Voskeparın 7-ci əsrə aid Surb Astvastatsin kilsəsi yaxınlığında piyada əleyhinə minanın partlaması nəticəsində bir sərhədçi əsgər yaralanıb, ayağı qopub”, – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, yaralanan həbçi MTN sərhəd qoşunlarının əsgəri, 2000-ci il təvəllüdlüdür. Əslən Aşotskdan olan hərbçi hazırda Noyemberyan tibb mərkəzində müalicə alır.
Qeyd edək ki, hadisənin baş verdiyi Voskepar kəndi Azərbaycanın Qazax rayonu ilə sərhəddə yerləşir. Kənddə delimitasiya işləri yenicə başa çatıb.
Kopyalandı
#Mina partlayışı teqi istifadə olunub
- Neft tankeri minaya düşüb, yoxsa vurulub?
- Cəbrayılda bir gündə iki mina partlayışı baş verib - Baku TV
- Cəbrayılda ard-arda baş verən mina partlayışları ilə bağlı rəsmi məlumat yayıldı - Baku TV
- Cəbrayılda mina partlayışı baş verdi | Xəsarətalan var - ANA XƏBƏR
- İşğaldan azad edilmiş ərazidə növbəti mina partlayışı baş verib - 24 SAAT
