Erməni hərbçilər qətlə yetirilir | ABŞ Ermənistanı ifşa etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Son 6 ildə Ermənistan Ordusunun 277 hərbçisi qeyri-döyüş şəraitində ölüb.
Bu barədə yerli media ABŞ Dövlət Departamentinin Demokratiya və İnsan Haqları Bürosunun hesabatına istinadən məlumat yayıb.
Bildirilib ki, təkcə 2024-cü ilin ilk 5 ayında orduda həyatını itirənlərin sayı 30-u keçib.
Bundan başqa, sənəddə rəsmi İrəvanla bağlı ciddi problemlərin olduğu da qeyd olunub. Müəllifin sözlərinə görə, Ermənistan hökuməti tərəfindən özbaşına, qeyri-qanuni baş verən qətllər barədə açıqlama verilmir.
Ölkənin Müdafiə Nazirliyi də sözügedən rəqəmlərin azaldılması üçün heç bir tədbir görmür. İnsan haqlarını müdafiə edən QHT-lər orduda xidmətdən kənar olan ölüm hallarından və hüquq-mühafizə orqanlarının bu hallarla bağlı ciddi araşdırma aparmamasından gileylənərək məsələ ilə bağlı narahatlıqlarını da dilə gətiriblər. Buradan isə açıq-aşkar aydın olur ki, hökumət sözügedən məqamlarla bağlı faktları gizlətməyə çalışsa da, ABŞ-nin hesabatı İrəvanı ifşa edir.
#Ermənistan ordusu teqi istifadə olunub
- Tərtər qəbiristanlığının Ermənistan ordusu tərəfindən atəşə tutulmasından 6 il ötür - Baku TV
- Paşinyan Ermənistan ordusundakı əsgər ölümləri barədə nə deyib?
- “Orduda qorxaq general və fərarilər var, indi isə çoxu...” | Paşinyan
- İlham Əliyevdən İkinci Qarabağ müharibəsi ilə bağlı açıqlama
- Ermənistanın hərbi qulluqçusunun ölüm səbəbi | Detallar açıqlandı
