Pleyeri seçin:

Erməni kilsəsində qiyam başladı: II Qaregin xəyanət etdi

27 noyabr 2025 602 baxış

Erməni Apostol Kilsəsinin bir qrup yüksəkrütbəli din adamı bəyanat yayaraq katolikos II Qaregini arxiyepiskop Arşak Xaçaturyanın əməllərinə dair yayılan videoları ört-basdır etməyə çalışmaqda ittiham edib.

Bu barədə "Armenpress" məlumat yayıb.

Bəyanatda deyilir ki, 2025-ci ilin noyabrın 5-də II Qaregin tərəfindən yaradılan bir komissiya arxiyepiskop Xaçaturyana aid olduğu bildirilən əxlaqsız videoları araşdırmaq və nəticə təqdim etmək məqsədilə fəaliyyət göstərib.

Komissiya qanunla nəzərdə tutulmuş qaydada müvafiq hüquq-mühafizə orqanına müraciət edərək videoların ekspertizasını həyata keçirməyi və onların həqiqiliyini müəyyən etməyi xahiş edib.

Noyabrın 25-də ekspertizanın nəticələri açıqlanıb və videoların Arşak Xaçaturyana aid olduğunu təsdiqləyib.

Komissiya həmin gün nəticələri II Qareginə təqdim edib. Amma o, ekspertizanın nəticələrini etibarsız sayıb. Bəyanatda qeyd olunur ki, katolikosun yanaşması narahatlıq doğurur və erməni kilsəsinin nüfuzuna zərər verə bilər.

Bəyanatda vurğulanır ki, II Qaregin Arşak Xaçaturyanın əxlaqsız əməllərini hər vasitə ilə ört-basdır etməyə çalışır və bununla da onu qoruyan kimi çıxış edir. Buna görə də din adamları katolikosun öz andına sadiq olmadığını bildirirlər:

“Onun davranışı erməni kilsəsinin kanonik hüquq və təliminə uyğun deyil, kilsə daxilində ciddi problemlər yarada bilər”.

Yekunda bildirilir ki, II Qaregin katolikos kimi təqdis olunarkən verdiyi andlara xəyanət edib. Bəyanatı erməni kilsəsinin 13 arxiyepiskopu imzalayıb. Ermənistan Baş naziri Nikol Paşinyan II Qareginə etiraz edən yepiskoplarla görüşə hazır olduğunu bəyan edib.

Banner
Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI

Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI

Dünya
04 noyabr 2026 602 baxış
Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Dünya
04 noyabr 2026 602 baxış
Vətəndaşlara hansı böhran ssenarilərinə hazır olmaq deyilir? - Baku TV CANLI

Vətəndaşlara hansı böhran ssenarilərinə hazır olmaq deyilir? - Baku TV CANLI

Dünya
04 noyabr 2026 602 baxış
72 saatlıq hazırlıq | Fövqəladə vəziyyətə hazırlıq çağırışının arxasında nə var? - Baku TV

72 saatlıq hazırlıq | Fövqəladə vəziyyətə hazırlıq çağırışının arxasında nə var? - Baku TV

Dünya
04 noyabr 2026 602 baxış
Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Dünya
04 noyabr 2026 602 baxış
Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Dünya
04 noyabr 2026 602 baxış
Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Dünya
04 noyabr 2026 602 baxış
Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Dünya
04 noyabr 2026 602 baxış
Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Dünya
04 noyabr 2026 602 baxış
Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Dünya
04 noyabr 2026 602 baxış
Seçilmişlər
icon