Pleyeri seçin:
Erməni polkovnik həbs edildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
44 günlük müharibə zamanı özünü xəstəliyə vuraraq döyüşdə iştirakdan yayınan Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirinin müavini həbs edilib.
Bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib. Hərbi İstintaq İdarəsi tərəfindən aparılan tədbirlər nəticəsində məlum olub ki, N saylı hərbi hissənin komandirinin polkovnik rütbəli müavini 2020-ci il oktyabrın 10-dan noyabrın 3-dək xəstəlik bəhanəsi ilə döyüşə getməkdən imtina edib.
Məlumata görə, polkovnik stasionar müalicə tələb olunmadığı halda 23 gün tibb müəssisəsində yataraq xidməti vəzifələrini yerinə yetirməkdən müvəqqəti olaraq kənarlaşdırılıb və iki ay müddətinə həbs olunub.
Kopyalandı
