Erməni şərqşünasdan Kreml iddiası | Ermənistan hələ Rusiyadan asılıdır
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiyanın Cənubi Qafqazdan çıxması ilə bağlı fikirlər həqiqətdən uzaqdır”.
Bu barədə erməni şərqşünas Ruben Safrastyan deyib.
“Rusiya regionu tərk etmir, lakin mövcudluq formasını dəyişmək mərhələsindədir. Kreml özünü həm Ermənistan, həm də Azərbaycandan bərabər məsafədə saxlamağa çalışır. Moskva Bakını özünün müttəfiqi hesab edir. Bəzi hallarda isə müttəfiq kimi Azərbaycana üstünlük verir. Bunlar Rusiyanın regiondakı siyasətinin reallıqlarıdır”, – o bildirib.
Ekspert Ermənistan hakimiyyətinin Rusiya əleyhinə atdığı addımları qeyri-ciddi hesab edib:
“Bunlar anti-Rusiya baxımından ciddi addımlar deyil. Rusiyadan asılılıq ciddi olaraq qalır. Doğrudan da ciddi anti-Rusiya addımları atılsaydı, bu, dərhal ölkəmizdə vəziyyətin ciddi şəkildə destabilləşməsinə gətirib çıxarardı”.
Safrastyan qeyd edib ki, real ciddi anti-Rusiya addımı Ermənistanın KTMT-dən, eləcə də Rusiya hərbi bazasının İrəvandan çıxarılması prosesi olar.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
