Ermənilər Fransada ölümə səbəb oldu | Makrona qarşı aksiyada dəhşətli hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın cənubunda etiraz aksiyası zamanı bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasının təfərrüatı bəlli olub.
Bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Məlumata görə, aksiyada iştirak edən üç fermeri vuran avtomobildə Ermənistandan olan qanunsuz miqrantlar olub.
Qəzet yazır ki, qəzanı törədən Ermənistandan olan üç mühacir 2022-ci ildə qaçqın statusu istəyib. 2023-cü ilin payızında isə həmin miqrantların müraciətindən imtina edilib və ölkəni tərk etmələri tələb olunub.
Qeyd edək ki, Fransanın cənubunda Aryex departamentindən keçən N20 avtomobil magistralında fermerlərin etiraz aksiyası zamanı baş verən yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə nəticəsində qadın ölüb, onun həyat yoldaşı və qızı isə ağır yaralanıb.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
