Erməniləri ayağa qaldıran keşiş Qalstanyan görün daha nələr edib
Yeniliklərdən dərhal xəbərdar olun
Kanadada nəşr olunan həftəlik “Armenian Mirror-Spectator” qəzeti 2013-cü il 20 iyul tarixli nömrəsində Erməni Apostol Kilsəsinin Kanada yeparxiyasının ovaxtkı nümayəndəsi Baqrat Qalstanyanın fəaliyyətinin biabırçı təfərrüatını təqdim edib.
Məqalədə bildirilir ki, B.Qalstanyan əvvəlcə Kanada yeparxiyasını xeyli borcla nəticələnən şübhəli maliyyə sxemlərinə cəlb edib, sonra isə borcları ödəmək üçün Kvebekdə kilsəni girov qoymağa çalışıb.
Qeyd olunur ki, B.Qalstanyanın macəraları bununla bitmir. O, bir neçə şəriki ilə gizli və qeyri-qanuni olaraq girov müqabilində danışıqlar aparıb. Fövqəladə ümumi yığıncağın çağırılmasını tələb edən və qanunsuz gizli danışıqların üstünü açan vicdanlı vətəndaşların operativ müdaxiləsi sayəsində proses dayandırılıb.
Üstəlik, B.Qalstanyan Lavaldakı Müqəddəs Xaç kilsəsinin vəsaitlərini mənimsəməkdə ittiham olunub. Hazırda kilsənin borcu 1 milyon dolları ötür.
Baş verənlər haqqında ətraflı hesabat Laval kilsə şurasının yeparxiya şurası və qəyyumlarla birgə iclasında təqdim edilib.
#Baqrat Qalstanyan teqi istifadə olunub
- Erməni keşiş nədə ittiham olunur? | Detallar açıqlandı
- Ermənistanda hakimiyyət və kilsə arasında qarşıdurma böyüyür | II Qaregin həbs olunacaq?
- Paşinyan, Simonyan və Mirzoyanın qətlini kim sifariş verib? | Dəhşətli səs yazısının detalları
- Ermənistanda elə səs yazısı yayıldı ki... | Ruben Rubinyanyandan sensasiyalı açıqlama
- Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları
