Ermənilərin törətdiyi cinayət türk tarixçi tərəfindən təsdiqləndi | Xəritələr üzə çıxdı
Türklərin ermənilər tərəfindən kütləvi köçə və soyqırımına məruz qoyulmalarına dair xəritələr üzə çıxıb.
Bu barədə adanalı tarixçi və yazar Cezmi Yurtsever faktlar təqdim edib.
Onun sözlərinə görə, ermənilərin türkləri soyqırımına məruz qoymaları barədə Osmanlı arxivlərində materiallar var.
Qeyd olunub ki, əldə olunan xəritə 1915-ci ildə və ondan sonrakı dövrdə Qafqazda və Anadoluda türk xalqının kütləvi köçünü və qətliamlarını özündə əks etdirən sənəddir:
“Yəni bu xəritə 1915-ci ildə türklərə qarşı soyqırımı həyata keçirildiyinin sənədidir”.
Tarixçi bildirib ki, son illərə qədər erməni diasporunun 1915-ci il hadisələrini ermənilərə qarşı soyqırımı kimi ictimailəşdirmək cəhdləri tarixin birtərəfli yozulması və təhrif olunmasıdır:
“Odur ki, Osmanlı arxivlərində tapdığım tarixi faktları bütün dünya tarixçilərinin diqqətinə çatdırıram”.
Qeyd edək ki, ermənilər uzun illərdir ki, 1915-ci ildə onlara qarşı soyqırımı törədilməsi iddiası ilə çıxış edirlər. Türkiyə tərəfi obyektiv elmi araşdırma üçün bütün arxivlərin açılmasını təklif etsə də, Ermənistan bundan imtina edib.
#Türkiyə teqi istifadə olunub
- Türkiyədə körpü Dünya Su Günü münasibətilə işıqlandırıldı
- Türkiyədə qarın hündürlüyü 2 metri ötdü
- Türkiyədə çökən binaların altında qalanlar xilas edilir | Anbaan görüntülər - Baku TV
- İran göstərilən həmrəyliyə görə Türkiyəyə təşəkkür edib - Baku TV
- Məqsəd Türkiyəni bölgədəki gərginlikdən uzaq tutmaqdır | Ərdoğan - Baku TV
